VƏZİFƏDƏN ÇIXARILAN GENERALIN MİLYONLUQ BİZNESİ VARMIŞ - Siyahı

VƏZİFƏDƏN ÇIXARILAN GENERALIN MİLYONLUQ BİZNESİ VARMIŞ - Siyahı 

Azərbaycan Ordusunun sabiq birlik komandiri general-mayor Xəqani Cəbrayılovun biznesinin siyahısı üzə çıxıb.

 Demokrat.az xəbər verir ki, sabiq birlik komandirinin Sumqayıt və Xızı ərazilərində böyük fermaları, restoran və kafeləri fəaliyyət göstərir.

Xəqani Cəbrayılovun bizə məlum olan biznes siyahısını oxuculara təqdim edirik:

— Sumqayıt şəhərində restoran, kafe və marketləri;

— Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində restoran;

— Xızı rayonunun Şorabad kəndi və Yaşma qəsəbəsi ərazilərində hektarlarla sahəni əhatə edən donuz ferması;

— Xızı rayonunun Altıağac qəsəbəsi ərazisində torpaq sahələri və istirahət mərkəzi;

— Xızı rayonu ərazisində heyvandarlıq təsərrüfatı.

Xəqani Cəbrayılovun ölkə xaricində də biznesinin olduğu haqda məlumatlar var.

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.

Bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Onu da bildirək ki, Xəqani Cəbrayılov Orduda general-leytenant Rövşən Əkbərovun yaxın adamı kimi tanınır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi