Vəziyyət qorxulu fazaya daxil olub:

Vəziyyət qorxulu fazaya daxil olub: Çağırışların sayı artıq 2 600, 2 700-ə çatıb

Son günlər ölkəmizdə COVİD-19 infeksiyasına yoluxanların sayında artım müşahidə edilir. Hər gün koronavirusa yoluxanların sayının 400 nəfərə yaxınlaşması mütəxəssisləri həyəcan təbili çalmağa vadar edib.

Faktinfo.az xəbər verir ki,bu barədə APA TV-yə Bakı şəhər Təcili və Təxirəsalnmaz Tibbi Yardım Stansiyasının təcili yardım operativ və əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva danışıb. 

Həftə sonları hərəkət məhdudiyyətlərinin tətbiq edilməsi ilə əlaqədar təcili tibbi yardım gücləndirilmiş iş rejimində çalışır: “Əvvəlki günlərlə müqayisədə təcili tibbi yardıma edilən müraciətlərin sayı artıb. Əvvəlki günlərdə biz gün ərzində 1 600-dək çağırış icra edirdiksə, sonuncu günün statistikasına nəzər saldıqda görürük ki, çağırışların sayı artıq 2 600, 2 700-ə çatıb. Bu çağırışların əksəriyyəti hərarətlə müşahidə edilir. Bununla yanaşı, qəza və ya hər hansı xroniki xəstəliyi olan şəxslərində çağırışlarını gün ərzində qəbul edirik".

Həkim deyir ki, əvvəlki dövrlərdə vətəndaşlar əgər hərarətlə bağlı təcili tibbi yardıma müraciət edilmədən, evdə müxtəlif dərman vasitələrindən istifadə edilməklə müalicə olunurdularsa, son günlər hərarətin qalxması onlarda təşviş yaradır. Bu səbəbdən həmin an təcili tibbi yardıma zəng edirlər. Bu da çağırışların artması və həkim briqadalarının ünvanlara gec getməsinə səbəb olur: “Çağırışlarda yubanmalar əsasən həftə sonları müşahidə edilir. Bu da təcili tibbi yardımın yükünün artması ilə nəticələnir. Bununla yanaşı, həftə sonları əhalinin hərəkət məhdudiyyəti var. Əgər adi günlərdə onlar yerli xəstəxanalara və ya poliklinikalara müraciət edirdisə, hazırda həftə sonları onların bu imkanı məhduddur. Buna görə təcili tibbi yardıma müraciət etməli olurlar. Əhaliyə müraciət edərdim ki, adi çağırışlarla təcili tibbi yardıma müraciət etməsələr o zaman biz də təcili çağırışlara vaxtında çata bilərdik”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi