Xaricə ödənişə görə niyə biz vergi ödəməliyik? - “Access bank”dan şikayət

Xaricə ödənişə görə niyə biz vergi ödəməliyik? - “Access bank”dan şikayət 

“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu “Access bank”dan şikayət edib.

 Ş.Xuduoğlu bank hesabından 64 manat vəsaitin çıxıldığını bildirib.

O, bankdan göndərilən ismarıcı təqdim edib: “Hörmətli müştəri, 2020-2021 tarixlərində kartınız vasitəsilə xaricdə xidmətlərin alınmasından yaranan 64.32 AZN EDV borcu hesabınızdan silinəcək". 

Ş.Xuduoğlu mesajı aldıqdan sonra “Access bank”la əlaqə saxlayıb: "Dedilər ki, kartdan harasa köçürmə etmisiniz, bəs onun vergisini tuturuq. Mən dedim: vergi mal satana ödənilir, yəni biz bir mal alanda onun qiymətinə vergi də daxildir. İki tərəfdən niyə vergi tutulmalıdır? Dedi ki, qanun belə tələb edir. Dedim: Hansı qanun? Niyə o qanun 2 ildən sonra işə düşüb?

İkincisi, mən niyə xaricdən aldığım mala görə, yaxud xaricə etdiyim ödənişə görə burda vergi ödəməliyəm? Və bank niyə vergi yığır, bank faizi var, xidmət haqqı alırsız, başqa vergiləri siz niyə silməlisiniz? Bu necə bank fəaliyyətidir? İndi istərdim başa düşəm, bu niyə belədir? Xaricə ödənişə görə niyə biz vergi ödəməliyik? Niyə bu işi bank etməlidir?”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər