Yağış yağdı, Bakıda işıqforlar sıradan çıxdı

Yağış yağdı, Bakıda işıqforlar sıradan çıxdı 

Paytaxtın Qara Qarayev prospektindən “Koroğlu” metrosu istiqamətindəki yollarda işıqforlar xarab olub. Nəticədə yollarda hərəkətin iflic vəziyyətə düşməsi müşahidə olunur.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, yağışlı hava şəraiti ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində işıqforların işində texniki problem yaranıb:

“Hazırda işıqforların işinin bərpası ilə bağlı operativ tədbirlər həyata keçirilir. Sürücülərdən problem aradan qalxanadək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi