Yaltaq adamda cəsarət,şücaət olurmu, Əlisa Nicat?! - VƏ YAXUD SƏMƏD VURĞUN O QANLI-QADALI İLLƏRDƏ...

Yaltaq adamda cəsarət,şücaət olurmu, Əlisa Nicat?! - VƏ YAXUD SƏMƏD VURĞUN O QANLI-QADALI İLLƏRDƏ... 

Yazıçı, tərcüməçi, tarixçi Əlisa Nicatın Səməd Vurğun barəsində "yaltaq" ifadəsini səsləndirməsi çox ciddi narazılıqlara, müzakirələrə səbəb olub.

Bu mənada Əlisa Nicatı Səməd Vurğun yaradıcılığından məlumatsız biri kimi xarakterizə edənlər,hətta ona qarşı daha kəskin ifadə tərzi sərgiləyənlər var.

Qeyd edək ki, Səməd Vurğuna indiyə qədər şər-böhtan atan,onun yaradıcılığını küçümsəyən,dahi şairi mənfi mənada gündəmə gətirməyə cəhd edən "siyasətçi" də olub, "yazıçı" da. Bir neçə dəfə təkirarlanan belə hallarda isə haqlı suallar ortaya çıxıb.Niyə məhz Səməd Vurğun? Anlaşılan və gəlinən qənaət o olub ki,müzakirə açmaq üçün dahi şair mübaliğəsiz digər mütəfəkkirlərlə müqayisədə daha çox sevilən,cəmiyyətdə geniş reaksiya doğuracaq şəxsdir.Ötən gün bu xoşa gəlməz tendensiya təkirarlandı və ömrünün ixtiyar vaxtında digər yazıçı sübutsuz, dəlilsiz, hər hansı arxiv sənədlərinə əsaslanmadan,Səməd Vurğunu ləkələməyə, onu Azərbaycan xalqının, elmi ictimaiyyətin gözündən salmağa növbəti cəhd etdi.


Səməd Vurğun barəsində "yaltaq" ifadəsini səsləndirən Əlisa Nicat və digəriləri bilməlidilər ki,dahi şairə çamur atmaqla, Azərbaycan xalqının gözündə yüksələn deyillər.Əslində belə hallar dəlilik,mənəm-mənəmlik kimi qəbul olunur.Əlisa Nicatla bağlı isə vəziyyəti müəyyənləşdirmək o qədər də çətin deyil,özünü Peyğəmbər qiyafəsində görən bu adamda şəxsinə vurğunluq hissi o səviyyəyə çatıb ki,bunun da adı tibbi dildə çoxdan tədqiq olunmuş şizofiriniya xəstəliyi adlanır. O ki, qaldı Lent.az saytına və Əlisa Nicatın Səməd Vurğunla bağlı mənfi fikirinin məlum müsahibəyə başlıq seçilməsinə,bu da yeni bir şey deyil,sensasiya məqsədli yanaşmadır,belə də yanaşıblar.Əlisa Nicatın hazırkı "statusuna" gəlincə o, artıq Səməd Vurğunun beynəlxalq səviyyəli nüfuzuna öz içimizdə bədxahlıq və paxıllıq edən şəxslərdən biri kimi tarixə keçmək üzrədir. Yəni, XXI əsrdə üstün hisslərin məhvi üçün alçaq hisslərin öz içimizdə axtarıb-tapılması və Əlisa Nicatın bu məqsədlə seçilməsi heç də yaxşı nümunə deyil.Bəyənmədiyimiz dövrün bizə miras qoyub getdiyi böyük ziyalı-alim, yazıçı, şair potensialı barədə ara-sıra xoşa gəlməyən fikirlər səsləndirəcəyiksə, Azərbaycan xalqının əvəzedilməz milli-mənəvi sərvəti kimi formalaşmış,dərketmələrdə kodlaşmış şəxsləri barədə səhv yollara düşüləcəksə,bütün hallarda tariximizlə bağlı ələmətdar gerçəkliyi mütərəqqi hal kimi gələcək nəsillərə daşıya bilməyəcəyik.


Əgər söhbət bu gün məmləkətdaxili sinfi məhkumluğa birdəfəlik son qoymaqdan,milli amal və idealı üstün tutmaqdan,onun sevilən şairlərinə, milli qəhrəmanlarına, şəhidlərinə, həqiqi ziyalılarına, siyasətçilərinə, jurnalistlərinə, hüquqşünaslarına və digər zümrədən olan insanlarına qiymət verməkdən gedirsə,həmişə vicdanlı, əhatəli yanaşma tərzimizlə seçilməliyik.

Yəni ekspertlərimiz, siyasi partiya rəhbərlərimiz Azərbaycan xalqının mütəfəkkirlərinin, ziyalılarının, qəhrəman oğullarının həmişə sipərinə çevrilib,mövqe bildirməlidirlər.O cümlədən, Azərbaycan ədəbiyyatının uzaq vuran artilleriyalarından birincisi hesab edilən,


Bilsin ana torpaq, eşitsin Vətən!

Müsəlləh əsgərəm, mən də bu gündən.

 -deyən, sovet illərində Azərbaycanda ifrat beynəlmiləlçiliyin əleyhinə çıxan, Azərbaycanşünaslığın yaranmasında xüsusi rolu olan, "Azərbaycan poeması"nı yazmaqla həyatını təhlükəyə atan, böyük şair Səməd Vurğun mövzusunda da söz açarkən ədalətli davranılmalıdır.

İndi Əlisa Nicat "Səməd Vurğun çox yaltaq şair olub, onun qədər yaltaq şair olmayıb"- deyir.

"Bütün yer üzünün xoş gələcəyi

 Hər zövqü, səfası partiyamızdır" 

-bunu Səməd Vurğun yazıb, hələ bunu deyən adamın heykəlini də qoyublar,"- kimi yaşına-başına yaraşmayan ifadə tərzi ilə gündəmə gəlir.


Birincisi,Əlisa Nicat bilməmiş deyil ki,Səməd Vurğunun "Partiyamızdır" şeirində söhbət hansı partiyadan gedir. Görünür o,hələ də müəyyənləşdirə bilməyib,şair hansı partiyanı nəzərdə tutub.İkincisi,də o dövrün siyasi-ideoloji,repressiv  mühitini nəzərə aldıqda Səməd Vurğun bundan artıq nə yazmalı idi ki? 

O cümlədən,Əlisa Nicat Səməd Vurğunu Cavidin,Müşfiqin əleyhinə donos yazmaqda da ittiham edib.Onun bu ittihamlarına oxşar, bir müddət əvvəl digər şəxslərin də dilindən fikir səsləndirilmişdi.Həmin zaman buna arxivlər idarəsi tərəfindən aydınlıq gətirildi və Səməd Vurğun günahsız bilindi.Mikayıl Müşfiq haqqında kimlər danos yazıb,bəlli oldu.Əksnə hamı bilir ki, Səməd Vurğun Müşfiq haqqına "məni poeziya sahəsində yalnız Müşfiq keçəcək,"-deyib. Eləcə də,Səməd Vurğun Mikayıl Müşfiqə  AYB-nin orqanı olan "Ədəbiyyat qəzeti"ndə səhifə-səhifə yer ayırdığına görə təqib olunub,ondan buna görə Azərbaycan MK birinci katibi Bağırova şikayət məktubu yazılıb.Bu açıq mənbələrdə var və Əlisa Nicat ya bunlardan xəbərsizdir,ya da ki,özünü bilməməzliyə qoyur.


Qaldı, "Azərbaycan" şeirini də Səməd Vurğun yazıb.Əlisa Nicat bundan niyə danışmır?! Və yaxud onu bu mövzuda niyə danışdırmırlar? Şair ölkəmizin gözəlliyini vəsf etməklə bərabər, şeirdə ideoloji xətti də seçməmişdimi, bunu sezmək o qədərmi zamanla çətin idi?! Bunu özünü filosof bilən,Əlisa Nicat bilmir?!

"Azərbaycan" şeirini əzbərdən milyonlar bilə bilər,Əlisa Nicat! Amma müəyyən faiz insanlar da var ki, onlar şeirin nə qədər siyasi, ideoloji xarakterdə yazıldığını, vətənin iki yerə bölünərək,Azərbaycançılıq ideologiyasına zərbə vurulduğunu anlamamış deyillər!

Həmçinin, o qanlı-qadalı illərdə - 1946-cı il dekabrın 17-də Pişəvərinin qurduğu milli hökuməti qan içində boğandan sonra 40 min Azəri türkünün öldürülməsinə,türkə olan nifrətin heyfini türkcədə yazılmış kitablardan çıxanlara qarşı "İran İrticaları", "Cəllad" şeirini 1947-ci il yanvar ayının 20- də Səməd Vurğun yazmadımı? Bəlkə bunları da inkar edəsiniz? O cümlədən, "Zəncinin arzuları" şeiri onun ehyamlı yanaşma tərzində böyük mətləblərdən xəbər vermirdimi? Bu konteksdə paralellər aparmaq,mövzunu uzatmaq da olar.Amma münasib bilmirik.


İndi necə,Səməd Vurğuna "çox yaltaq şair olub" deyirsiz,Əlisa Nicat.Yaltaq adamda cəsarət,şücaət olurmu?! Olmursa, bəs yuxarıda sadalanan şeirləri necə yazıb,AZƏRBAYCAN ƏDƏBİYYATININ UZAQ VURAN ARTİLLERİYASI HESAB EDİLƏN DAHİ ŞAİR SƏMƏD VURĞUN?!

Fuad İsgəndərov

Faktinfo.az saytının baş redaktoru



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi