YAP-ın ərazi təşkilatı olan "Azərkontrakt" ASC-nin növbəti tədbiri keçirilib:Partiya sıralarına daxil olan 18 yeni üzvə partiya vəsiqələri təqdim edilib

YAP-ın ərazi təşkilatı olan "Azərkontrakt" ASC-nin növbəti tədbiri keçirilib:Partiya sıralarına daxil olan 18 yeni üzvə partiya vəsiqələri təqdim edilib 

Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayonu, “Üzeyir Hacıbəyli küçəsi, 62” (“Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti) ərazi partiya təşkilatının cari məsələlərlə bağlı iclası keçirilib.

Faktinfo.az xəbər verir ki, "Azərkontrakt" ASC-nin İdarə heyətinin sədr müavini Güləddin Dadaşov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və çıxış üçün sözü iclasda iştirak edən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanova verib.

Azər Süleymanov Prezident cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibəti ilə tədbir iştirakçılarını təbrik edib və "Azərkontrakt" ASC-nin kollektivinin seçkilərdə fəal iştirakına görə onlara təşəkkürünü bildirib.

Güləddin Dadaşov isə "Azərkontrakt" ASC-nin fəaliyyətinin YAP prinsiplərinə uyğun qurulduğunu qeyd edərək göstərilən diqqətə görə təşəkkürünü bildirib.O, xalqımız kimi "Azərkontrakt" ASC-nin kollektivinin də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin inkişafına, tərəqqisinə verdiyi layiqli töfhələrin real nəticələrini görüb dəyərləndirdiklərini və əzmkar fəaliyyəti ilə qürur duyduqlarını diqqətə çatdırıb.

İclasın yekununda Partiya vəsiqələri təqdim edilən,yeni Partiya üzvləri Toğrul Əzimov, Nigar Məmmədova, Rəşad Vahidov və başqaları YAP-ın fəaliyyətini, ölkə başçısının uğurlu siyasətini dəstəklədiklərini qeyd edib,YAP-a üzv olmaqdan fəxarət hissi duyduqlarını və bu adı şərəflə daşıyacaqlarını bildiriblər.

YAP-ın ərazi təşkilatı olan "Azərkontrakt" ASC-nin növbəti tədbiri keçirilib:Partiya sıralarına daxil olan 18 yeni üzvə partiya vəsiqələri təqdim edilibYAP-ın ərazi təşkilatı olan "Azərkontrakt" ASC-nin növbəti tədbiri keçirilib:Partiya sıralarına daxil olan 18 yeni üzvə partiya vəsiqələri təqdim edilibYAP-ın ərazi təşkilatı olan "Azərkontrakt" ASC-nin növbəti tədbiri keçirilib:Partiya sıralarına daxil olan 18 yeni üzvə partiya vəsiqələri təqdim edilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər