Yaxın aylarda bu dəmir yolunun imkanları beş milyon tona qədər artırılacaq

Yaxın aylarda bu dəmir yolunun imkanları beş milyon tona qədər artırılacaq - Prezident

Yaxın aylarda Bakı-Tiflis-Qars dəmir yolunun imkanları beş milyon tona qədər artırılacaq.

Faktinfo.az xəbər verir ki,bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.

"Biz bu gün sizinlə eyni zamanda Bakı-Tiflis-Qars dəmir yolunun tutumunun genişləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq və mən sizə məlumat verdim ki, yaxın aylarda bu yolun imkanları bir milyondan beş milyon tona qədər artırılacaq. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır", - dövlət başçısı qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi