"Yaxın aylarda Zəngəzur dəhlizinin açılması ilə bağlı işlərə başlayacağıq" -

"Yaxın aylarda Zəngəzur dəhlizinin açılması ilə bağlı işlərə başlayacağıq" - Türkiyəli nazir

Türkiyə tərəfi yaxın aylarda Zəngəzur dəhlizinin açılması ilə bağlı işlərə başlayacaq.

APA.az-ın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İstanbulda azərbaycanlı jurnalistlərə müsahibəsində deyib.

O, Azərbaycan tərəfinin artıq bununla bağlı işlərə davam etdiyini qeyd edib:

“Ermənistan ərazisində də Zəngəzur dəhlizi ilə bağlı müəyyən yol qət etmişik və inanıram ki, Azərbaycan, Türkiyə və Ermənistan olaraq bunu qısa zamanda həyata keçirəcəyik”.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi