"Yaz Məktəbi" çərçivəsində Avropalı alimlərin iştirakı ilə Forum təşkil olunacaq

"Yaz Məktəbi" çərçivəsində Avropalı alimlərin iştirakı ilə Forum təşkil olunacaq 

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə Avropanın 3 nüfuzlu professorunun iştirakı ilə təşkil olunacaq bilogiya və riyaziyyat sahələrinə həsr olunan Yaz Məktəbi çərçivəsində Forum da təşkil olunacaq.

Faktinfo.az xəbər verir ki,may ayının  2-də qonaq professorların iştirakı ilə təşkil olunacaq Forum saat 15.00-da başlayacaq. İştirak üçün aşağıdakı linkdə qeydiyyatdan keçmək lazımdır: https://docs.google.com/forms/d/e/1FAIpQLScd9Gr0x863j8eKhnI9EaIqKePEAb0UjQ_l57vLMz-k1WpaBw/viewform?usp=sf_link

Xatırladaq ki, Yaz Məktəbi çərçivəsində professorların mühazirələri nəzərdə tutulub. 29 Aprel-2 may tarixlərində, dörd gün ərzində davam edəcək Məktəbdə Almaniya və Danimarkadan olan alimlərin mühazirələri dinləniləcək. Aprelin 29-da Danimarka Texniki Universiteti Tətbiqi Riyaziyyat və Kompüter Elmləri Kafedrasının professoru Mads Peter Soensen “Biologiya və əczaçılıq sənayesində riyazi modelləşdirmə: Qanın laxtalanmasının mərhələsi” mövzusunda çıxış edəcək. Professorun 1 may tarixində “Biologiya və əczaçılıq sənayesində riyazi modelləşdirmə: Aktiv İnsulin istehsal edən Beta-hüceyrələr” mövzusunda da mühazirəsi olacaq.

Almaniyanın Mübahisələrin həlli Mərkəzinin professoru Florian Rupp isə aprelin 30-u və mayın 2-də “Selikli canlıların həyatının modelləşdirilmiş və təhlil edilmiş formulu” mövzusunda mühazirə ilə çıxış edəcək. Mayın 1-də isə professorun “Həyat elmlərində süni intellektin perspektivləri” mühazirəsi təşkil ediləcək. Almaniyanın Çatışmazlıqların aradan qaldırılması Mərkəzi və Kiber İnnovasiyalar Mərkəzinin tədqiqatçı alimi Rupert Brandmeier isə 2 may tarixində “Kiber-fiziki və kiber-sosial infeksiyalar” ilə bağlı çıxış edəcək. Mühazirələr saat 09.00-da başlayacaq. Mühazirələrdə, eləcə də Forumda iştirak ödənişsizdir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi