Yəhudilərin dövlətə şok üsyanı:

Yəhudilərin dövlətə şok üsyanı: Türkiyə gəlsin, yaşasın Ərdoğan!

İsrail həm dindar yəhudilərə, həm də fələstinlilərə zülm edir. Yəhudilərin həyatının ən gözəl dönəmi Osmanlı hakimiyyətində yaşadıqları dövr olub.

Axar.az xəbər verir ki, bu sözləri Haredi yəhudisi (Ultra-ortodoks) Ben Tziyon Margilit deyib.

Məlumata görə, ölkənin cənubunda dünyasını dəyişən 1.5 aylıq körpənin cənazəsinin tibbi ekspertiza üçün götürülməsi Haredi yəhudilərinin kəskin etirazına səbəb olub. Dini etiqadlarına əsasən, cəsədin yarılmasını qəbul etməyən Haredi yəhudilərinə İsrail polisi sərt müdaxilə edib. Etiraçılar adından fikirlərini ifadə edən Ben Tziyon Margilit Türkiyənin Fələstinə geri dönməsi üçün çağırış edib:

“Türkiyənin İsrail yaradılmamışdan əvvəl olduğu kimi, yenidən bu torpaqlarda hökmranlıq etməsini istəyirik. Çünki bu bizim üçün ən yaxşısıdır. İsrail sekulyar bir dövlət olmağa çalışır. Tövrata bağlı, dini öhdəliklərini yerinə yetirən bir dövlət olmaq istəmir”.

Margilitin çıxışı ətrafdakı Haredi yəhudilərinin “Yaşasın Ərdoğan, yaşasın Ərdoğan” şüarları ilə müşayiət olunub.

Qeyd edək ki, Haredi yəhudiləri İsrail əhalisinin 11.1 faizini təşkil edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi