"Yoldaşım xəyanət edib deyə gələn kişiləri qapıdan içəri buraxmayın"

"Yoldaşım xəyanət edib deyə gələn kişiləri qapıdan içəri buraxmayın" 

"Qadının pisdirsə, kişisən get ver polisə. Məhkəməyə get boşan. Efirə niyə gəlirsən? Bir qadın sənə xəyanət edirsə, niyə efirdə deyirsən?".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" proqramında deyib. O, verilişə gələn və həyat yoldaşının ona xəyanət etdiyini deyən kişiyə səslənib:

"İşçilərə tapşırmışam, yoldaşım xəyanət edib deyə gələn kişiləri qapıdan içəri buraxmayın. Dedi, uşağımı istəyirəm. Dedim, yardım edərəm. Amma gəlib burada vəziyyətdən sui istifadə edib deyirsən, onu tutdum, şəkli var. Əlində sübut var, get məhkəməyə. Fakt varsa, anadan uşaqlar alınacaq. Amma bunu efirdə müzakirə etməyi özümə və sizə yaraşdırmıram"./Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi