Yoluxanlar 700 mini, ölənlər 33 mini keçdi - Statistika

Yoluxanlar 700 mini, ölənlər 33 mini keçdi - Statistika 

Dünyada koronavirus infeksiyasına (COVİD-19) yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Hələ ki, bu virusa qarşı peyvənd yoxdur.

Bu gün səhərə olan məlumata görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 701 min 560 nəfər, ölənlərin ümumi sayı isə 33 min 175 nəfərdir. Siyahıda birinci yerdə ABŞ-dır. Son 24 saat ərzində ABŞ-da koronavirusa yoluxanların sayı 7 min 823, ölənlər isə 108 nəfər olub . Ümumilikdə bu ölkədə 131 min 401 nəfər koronavirusa yoluxan, 2 min 329 nəfər bu virusdan ölən var. ABŞ-da ən çox yoluxma Nyu-Yorkda qeydə alınıb. Belə ki, bu şəhərdə ümumilikdə 59 min 513 nəfər koronavirusa yoluxan, 965 nəfər isə ölən var. 

Dünyanın koronavirusa yoluxan ölkələrinin siyahısında ilk beşlikdə ABŞ-dan sonra İtaliya, Çin, İspaniya, Almaniya gəlir. İtaliyada koronavirusdan son saatlarda yoluxanların və ölənlərin sayında ötən günlərdə olduğu kimi ciddi şəkildə artım olub. Son saatlarda İtaliyada koronavirusa 5 min 217 nəfər yoluxub, 756 nəfər isə ölüb. Ümumilikdə İtaliyada koronavirusa yoluxanların sayı 97 min 689 nəfər, ölənlərin ümumi sayı isə 10 min 779 nəfərdir. Dünyada yoluxanların sayına görə ABŞ birinci yerdə olsa da, koronavirusdan ölənlərin sayına görə ilk yerdə İtaliya gəlir.


Çində isə gün ərzində cəmi 45 nəfər yoluxub, 5 nəfər ölüb. İki həftəyə yaxındır ki, bu ölkədə yoluxanların sayı 80 minin üzərində(81 min 439) dayanıb. Ölənlər isə bir həftədən çoxdur ki, 3-4 min arasındadır (hazırda 3 min 300 nəfər). Koronavirusun ilk yayıldığı Uhan şəhərində karantin rejimi də yumşaldılıb.

İspaniya və Almaniyada da yoluxma sayı sürətlə artmaqdadır. Belə ki, son saatlarda İspaniyada bu virusa 5 min 564 nəfər yoluxub, 624 nəfər ölüb. Eləcə də Almaniyada son saatlarda 2 min 586 nəfər yoluxub, 48 nəfər ölüb. Almaniyada ümumi yoluxanların sayı 60 min 281 nəfər, ölən isə 481 nəfərdir.

Ümumilikdə dünyada hazırda 519 min 955 nəfər koronavirus xəstəsi var. Onlardan 26 min 337 nəfərinin vəziyyəti ağırdır.

Bu gün dünyada koronavirusa ümumilikdə 39 min 266 nəfər yoluxub, 2 min 321 nəfər isə ölüb. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi