ZAXAROVADAN SÜLHMƏRAMLILARIN ÖLDÜRÜLMƏSİNƏ REAKSİYA - "Qarabağ Azərbaycanın tərkib hissəsidir!"

ZAXAROVADAN SÜLHMƏRAMLILARIN ÖLDÜRÜLMƏSİNƏ REAKSİYA - "Qarabağ Azərbaycanın tərkib hissəsidir!" 

“Vicdansızların sülhməramlıların fəaliyyətlərini şübhə altına alma cəhdləri və bu nankorluq onların şücaətlərinə kölgə salmayacaq, əksinə böhtançıların üzərinə əbədi rüsvayçılıq ləkəsi düşəcək”.

Bunu sentyabrın 20-də Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinə məxsus avtomobilin atəşə tutulması nəticəsində rusiyalı hərbçilərin ölümünü şərh edən Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, qeyd edib ki, İrəvan imzaladığı Üçtərəfli Bəyanatları həyata keçirməyi deyil, “xoşbəxtliyi” NATO və Aİ-də axtarmağı tərcih edib.

“Məhz Brüsselin və baş məsləhətçi - Parisin vasitəçiliyi ilə 2022-ci il oktyabrın 6-da Praqada keçirilən sammitdə Azərbaycan, Ermənistan, Fransa və Aİ liderlərinin dördtərəfli görüşünün yekunlarına dair Bəyanat qəbul edilib. Burada deyilir ki, Azərbaycan və Ermənistan BMT Nizamnaməsinə, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyirlər. Yəni, Qarabağ Azərbaycanın tərkib hissəsidir!”, - Zaxarova vurğulayıb.

XİN rəsmisi bildirib ki, İrəvanın bu qərarı Qarabağ məsələsinin nizamlanmasında həlledici rol oynayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi