Zelenski Gürcüstana çağırış etdi: Saakaşvilini azad edin

Zelenski Gürcüstana çağırış etdi: Saakaşvilini azad edin 

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstan hakimiyyətini Mixail Saakaşviliyə mərhəmət göstərməyə çağırıb.

Pravda.az xəbər verir ki, Zelenski çağırışını xalqa müraciətində edib.

 “Mən indi Gürcüstandakı bütün dostlarımıza və sadəcə vicdanlı insanlara müraciət etmək istəyirəm. Yəqin ki, indi hamı Mixail Saakaşvilinin vəziyyətini, səhhətinin vəziyyətini görür. Ona görə də mən Gürcüstan xalqına, hakimiyyət orqanlarına müraciət edirəm. Ona mərhəmət göstərmək lazımdır. Mixaillə baş verənlər istehzadır. Bu, Gürcüstana yaraşmaz. Buna son qoyulmalıdır.

 Xahiş edirəm onun həyatını xilas edə biləcək bir qərar verin. Mixail Saakaşvilini Ukraynadakı klinikalardan birinə, başqa bir Avropa ölkəsi və ya Amerikaya köçürün. Bu cür addım atmağın vaxtıdır”, - deyə Zelenski bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi