Zelenski hücumdan danışdı

Zelenski hücumdan danışdı 

“Stanitsa Luqanskayada uşaq bağçasının rusiyayönlü qüvvələrin atəşə tutması böyük təxribatdır”.

Report.az xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski tviterdə yazıb.

 

“Diplomatların və ATƏT-in Ukraynada qalması vacibdir, onların monitorinq fəaliyyəti çəkindirici faktordur. Bizə atəşkəs rejiminin bütün pozuntularını qeydə almaq üçün səmərəli mexanizm lazımdır”, - dövlət başçısı bildirib.

 

Qeyd edək ki, bu gün səhər Rusiya dəstəkli qondarma “Luqansk Xalq Respublikası”nın qüvvələri Ukraynanın Luqansk vilayətinin Stanitsa Luqanskaya yaşayış məntəqəsindəki uşaq bağçasına mərmi atıb. Hadisə nəticəsində bağçanın iki əməkdaşı xəsarət alıb./Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər