Zelenski legitim deyil, sənədi imzalaya bilməz - Rusiya

Zelenski legitim deyil, sənədi imzalaya bilməz - Rusiya 

Ukrayna xalqı Rusiya ilə memorandumu imzalamaq üçün yeni rəhbərlik seçməlidir, parlamentin rəhbəri qanuni olaraq imza atıcı roluna uyğun olmaya bilər.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Maksim Musixin Ukrayna ilə mümkün sənədin icrası haqda vəziyyəti şərh edərkən deyib.

"Əhəmiyyətli olan - sənədlərdə kimin imzası olmasıdır. Çünki onların (ukraynalıların - red.) indiki lideri hətta daxili legitimliyini çoxdan itirib. Müvafiq olaraq, belə bir şəxsin imzaladığı hər hansı müqavilənin etibarlılığı ilə bağlı problemlər yarana bilər", - o deyib.

O qeyd edib ki, Ukrayna xalqı öz yeni liderini seçməlidir./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi