Zelenski qərargahı topladı – Hücuma hazırlıq müzakirə olunub

Zelenski qərargahı topladı – Hücuma hazırlıq müzakirə olunub 

Ukrayna Prezidenti Vladimir Zelenski cümə günü Ali Baş Komandanlığın növbəti iclasını keçirib.

AzPolitika.info xəbər verir ki, bu barədə Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.

"Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı tədbir iştirakçılarına cəbhənin əsas istiqamətlərində əməliyyat şəraiti barədə məlumat verib. Qoşunların operativ-strateji qruplaşmalarının komandirləri cəbhənin öz məsuliyyət bölmələrində döyüş əməliyyatlarının gedişi barədə məruzə ediblər”, - açıqlamada deyilir.

Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov düşmənin qarşıdakı dövrdə mümkün hərəkətləri barədə danışıb.

Bundan əlavə, mətbuat xidməti xəbər verir ki, qərargah üzvləri yeni briqadaların formalaşdırılması və silahla təchiz edilməsi prosesini ətraflı nəzərdən keçiriblər. Onlar şəxsi heyətin hazırlıq səviyyəsinə də diqqət yetiriblər. İclas iştirakçıları briqadaların qarşısının alınması istiqamətində görülən tədbirləri də müzakirə ediblər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi