Zurabişvili: Rusiyaya baxan yoxdur, hamı Qərbə gedir!

Zurabişvili: Rusiyaya baxan yoxdur, hamı Qərbə gedir! 

2008-ci ilin Rusiya-Gürcüstan müharibəsi Tiflisin Avropa Birliyi və NATO-ya inteqrasiya prosesini sadəcə sürətləndirdi.

Bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“Vizasız gediş-gəliş, Avropa Birliyi ilə ticarət əlaqələri çox mühüm irəliləyişdir. Eyni şeylər NATO ilə əlaqədar da baş verir. Gürcüstan Əfqanıstan missiyasında çox aktiv bir ölkə idi. İllik olaraq NATO ilə iki hərbi təlimimiz var. Bütün bunlar bizim xarici siyasətimizin bir hissəsidir və bunu heç nə dəyişə bilməyəcək. Rusiya tərəfindən təhlükələr mövcud ola bilər, ancaq əhalimizin 80%-i Avropa istiqamətini seçir. Çünki əhali əmindir ki, bu, siyasi sistem və daxili təhlükəsizliyin inkişafı üçün vacibdir. Bizim heç bir tələbəmiz təhsil almaq üçün Moskvaya getmir, hər kəs Avropa və ya Amerika universitetlərinə gedir. Xaricə işləmək üçün leqal və ya qeyri-leqal gedən əhalimiz də Avropa və ya Amerikanı seçir, Rusiya tərəfə baxan yoxdur. Rusiyada sadəcə Sovet dövründən yaşayan gürcülər qalmaqdadırlar. Bir neçə qayıdış dalğasına baxmayaraq, onlar işləri və ailələri orada olduğu üçün bu ölkədə yaşamağa davam edirlər", - deyə Zurabişvili əlavə edib./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi