“10 manat ödədi, 6 manatı çıxıldı– FOTO +VİDEO

“10 manat ödədi, 6 manatı çıxıldı– FOTO +VİDEO 

Fatmayı qəsəbəsində yaşayan vətəndaş Gülxar Məşədiyevanın “Azərişıq”la bağlı iddiaları növbəti narazılıq yaradıb. Redaksiyamıza müraciət edən abonentin sözlərinə görə, balansında mövcud olan 10.17 AZN üzərinə əlavə etdiyi 10 AZN-dən sonra heç bir aydın izahat verilmədən 6 AZN vəsait silinib və nəticədə balans 14.17 AZN təşkil edib. Məsələ ilə bağlı “Azərişıq”ın rəsmi mövqeyi hələ ki, açıqlanmayıb. Lakin bir fakt dəyişmir: vətəndaş izah istəyir. Əgər bu gün 6 manatın taleyi qaranlıq qalırsa, sabah daha böyük məbləğlərin necə “əriməyəcəyinə” kim zəmanət verə bilər?

 Mövzunu diqqətdə saxlayacağıq. Və sualımız açıqdır: bu, texniki səhvdir, yoxsa sistemli problem?

Nisa Şirvanlı

Mənbə:Nyus.Az




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi