“Kral” kolbasaları haqda araşdırma başladı

“Kral” kolbasaları haqda araşdırma başladı 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qida sektorunda fəaliyyət göstərən aparıcı şirkət barəsində araşdırmalar aparır.

Dövlət Xidməti  “Hakan Foods Azerbaijan Trading” MMC tərəfindən ət məhsullarının istehsalı və satışı zamanı əmtənin keyfiyyəti və başqa xassələri barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrə araşdırma aparır.


Hazırda Dövlət Xidmətinin apardığı araşdırma “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri üzrədir.

 “Hakan Foods Azerbaijan Trading” MMC ilə bağlı işə  20.07.2023-cü il tarixində baxılacaq.


Qeyd edək ki,  “Hakan Foods Azerbaijan Trading” MMC-nin məhsulları  “Kral” markası ilə tanınır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi