14 saylı Yol İstismar idarəsində ölüm hadisəsinə dair video yayıldı-

14 saylı Yol İstismar idarəsində ölüm hadisəsinə dair video yayıldı- İdarənin qeyri-rəsmi rəhbəri icra başçısının oğlu hesab edilir-İDDİA

Qubanın icra başçısı Ziyəddin Əliyev yenidən qalmaqallı hadisədə ittiham olunur.

Araşdırmaçı-jurnalist Cəmil Məmmədli youtube kanalında Ziyəddin Əliyevin nəzarətində olduğu iddia olunan 14 saylı yol-istismar idarəsində baş verən ölüm hadisəsinin videosunu yayıb.

Videodan görünür ki, idarənin yük maşınlarından biri, arxaya verilərkən işçilərdən birini vurur. Qəza zamanı həyatını itirən şəxs Mövludov Cəmşid Mehdi oğludur.

Qeyd edək ki, adıçəkilən təşkilatın Quba rayon icra başçısı Ziyəddin Əliyevin nəzarətində olduğu söylənilir. Belə ki, 14 saylı yol-istismar idarəsinin qeyri-rəsmi rəhbəri icra başçısının bacısı oğlu Azad, müavini isə oğlu Rəşad Əlibəylidir.

Faktinfo.az 24saat.org-a istinadən həmin videonu təqdim edir:

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər