18 ton Azərbaycan pomidoru Rusiyadan geri qaytarıldı

18 ton Azərbaycan pomidoru Rusiyadan geri qaytarıldı 

Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti Azərbaycan pomidorlarının Rusiyaya buraxılmasının qarşısını alıb.

Bu barədə informasiyanı “Arqumentı i Faktı Dağıstan” qəzeti yayıb.

Qəzet ölkəyə Azərbaycandan buraxılmayan pomidorun həcminin 18 ton olduğunu bildirib. Pomidorun buraxılmamasına səbəb kimi onun saxta sertifikatlarla təchiz edilməsi göstərilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər