“20 Yanvarda”da taksi biabırçılığı-

“20 Yanvarda”da taksi biabırçılığı- “Meyvəli”, “Sədərək”,” Binə”

“20 Yanvar” metrostansiyasının yerləşdiyi ərazidə hansı qarışıqlığın ,hansı bərbad durumun mövcud olması hər kəsə bəllidir.

Faktinfo.az xəbər verir ki, bu baxımdan “Azərsu”ASC-nin qarşısındakı vəziyyət xüsusilə acınacaqlıdır.Burada səhər tezdən gecə bir,iki saatlarınadək taksi sürücüləri  “Meyvəli”, “Sədərək”,” Binə”-deyərək qışqırır,əməlli- başlı sərnişin ovuna çıxırlar. 

Bəzən sürücülər arasında müştəri üstündə mübahisə ,dava-dalaş ,söyüş və.s adi hala çevrilib,bıçaqlaşma həddinə qədər gəlib çatır.Bu cür vəziyyət isə həm oradan keçən sakinlərin,həm də bir neçə addımlıqda yerləşən “Azərsu”ASC-nin işçilərinin narahatlığına səbəb olur.

Hətta “Azərsu”ASC-nin əməkdaşları o cür biabırçılığı görməmək,eşitməmək üçün bütün gün ərzində pəncərələri bağlı saxlayırlar.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər