27 sentyabr - Şəhidlərin Anım Günü münasibəti ilə Füzuli rayonunda silsilə tədbirlər davam edir

27 sentyabr - Şəhidlərin Anım Günü münasibəti ilə Füzuli rayonunda silsilə tədbirlər davam edir - FOTOLAR

Sentyabrın 24-də Füzuli rayon Babı kəndində “Şəhidlər Abidəsi” kompleksinin açılışı oldu. Kompleksin açılışında Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, şəhid ailələri, rayon ictimaiyyəti, Vətən müharibəsi qaziləri və kənd sakinləri iştirak ediblər.

Faktinfo.az xəbər verir ki,tədbirdə çıxış edənlər Azərbaycan tarixinin şanlı səhifəsi olan 44 günlük Zəfər yürüşündən söhbət açıblar. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu düşmən üzərində parlaq qələbə qazanaraq 30 illik Vətən həsrətinə son qoydu. Qəhrəman oğullar torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucalmaqla gələcək nəsillər üçün əsl örnək oldular.

Sonda Rayon İcra başçısı, şəhidlərin ailə üzvüləri ilə görüşərək, onların problemləri, qayğıları ilə maraqlanıb.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

27 sentyabr - Şəhidlərin Anım Günü münasibəti ilə Füzuli rayonunda silsilə tədbirlər davam edir27 sentyabr - Şəhidlərin Anım Günü münasibəti ilə Füzuli rayonunda silsilə tədbirlər davam edir27 sentyabr - Şəhidlərin Anım Günü münasibəti ilə Füzuli rayonunda silsilə tədbirlər davam edir27 sentyabr - Şəhidlərin Anım Günü münasibəti ilə Füzuli rayonunda silsilə tədbirlər davam edir27 sentyabr - Şəhidlərin Anım Günü münasibəti ilə Füzuli rayonunda silsilə tədbirlər davam edir27 sentyabr - Şəhidlərin Anım Günü münasibəti ilə Füzuli rayonunda silsilə tədbirlər davam edir
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi