48 il həbsdə yatdı, 71 yaşında günahsız olduğu ortaya çxıdı – ABŞ tarixinin haqsız yerə ən çox həbsdə qalan şəxsi

48 il həbsdə yatdı, 71 yaşında günahsız olduğu ortaya çxıdı – ABŞ tarixinin haqsız yerə ən çox həbsdə qalan şəxsi 

1974-cü ildə ABŞ-ın Oklahoma ştatında törədilən qətlə görə 48 il 1 ay 18 gün həbs olunan 71 yaşlı Qlin Simmonsun günahsız olduğu müəyyən edilib.

 Simmons bununla da ABŞ tarixində ən uzun müddət haqsız yerə həbs edilən şəxsi olub.

Məlumata görə, hadisə Simmonsun Oklahomada yerləşən içki mağazasını qarət etməsi ilə başlayıb. O, daha sonra qarət zamanı Karolin Syu Rocers adlı şəxsi öldürməkdə itiham olunub və ölüm cəzasına məhkum edilib. Daha sonra bu cəza ömürlük həbslə əvəz edilib.

Oklahoma dairəsinin hakimi Emi Palumbo isə ötən gün elan edib ki, aydın və inandırıcı dəlillərlə Simmonsun mühakimə olunduğu və həbs olunduğu cinayətdə heç biri təqsiri yoxdur.

Məhkəmənin qərarından sonra jurnalistlərə açıqlama verən Simmons sözügedən hadisəni əsl əzmkarlıq nümunəsi adlandırıb: “Bu, əsl dözümlülük və əzmkarlıq nümunəsidir. Heç kimə “belə bir şey ola bilməz” deməyə icazə verməyin. Çünki bu, həqiqətən də ola bilər”.

Simmons bildirib ki, həmin qətl baş verən zaman o, Luiziana ştatında olub.

Bildirilir ki, hazırda qaraciyər xərçəngi ilə mübarizə aparan Simmons haqsız yerə həbs edildiyi üçün 175 min dollara qədər təzminat ala bilər./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi