6 məhkəmə hakimi intizam məsuliyyətinə cəlb edilib

6 məhkəmə hakimi intizam məsuliyyətinə cəlb edilib 

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

İclasda Şura tərəfindən hakimlər barədə başlanılan intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulmasına və korrupsiyaya şərait yaradan, süründürməçiliyə və digər neqativ hallara yol verdiklərinə görə 6 hakim intizam məsuliyyətinə cəlb edilib.

O cümlədən, Bərdə rayon məhkəməsinin hakimi Seyfəli Seyfullayevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərar qəbul edilib.

Ciddi nöqsanlara yol verən bəzi hakimlərin fəaliyyətinin yerində öyrənilməsi qərara alınıb./report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi