65 yaşın qutlu olsun, HABİL MÜƏLLİM!

65 yaşın qutlu olsun, HABİL MÜƏLLİM! 

Qarabağ savaşı veteranı, professor HABİL QURBANOV 65 il qabaq bugünkü gündə - martın 14-də Qarabağın “çörək evi” sayılan Ağdamda dünyaya göz açıb.

Hamı kimi vaxtı çatanda məktəbə gedib, sonra hamı kimi olmasa da, maarifçi, elm xadimləri dədə-babaları kimi ali məktəbin,  elm akademiyalarının qapısından girərək, hüquq elmləri doktoru, professor adını qazanıb. Bu adlar, titullar onu Vətənin keşiyində dayanmaqdan çəkindirməyib. Əksinə, diplomunu Qarabağ uğrunda savaşdan yayınmağa sipər - “bron” edənlərdən fərqli olaraq savaşın  önünə atılıb və alim adının önünə “Qarabağ savaşı veteranı” şərəfli adını yazdırıb! Bu gün ən çox öyündüyü(müz) elə bu şərəfli addır.

Ulu Peyğəmbərimiz demiş, BİR GÜN VƏ BİR GECƏ SƏRHƏD BOYUNCA KEŞİK ÇƏKMƏK – GÜNDÜZLƏRİ ORUCLA, GECƏLƏRİ İBADƏTLƏ KEÇİRİLƏN BİR İLDƏN DAHA FAYDALIDIR. 

Müharibə veteranı, professor HABİL QURBANOVun 65-Cİ DOĞUM GÜNÜnü,  65-Cİ YAZInı sıradan döyüş dostları, ölkənin elm toplumu böyük sevgi ilə qarşılayır, qutlayırlar. Belə igidlərimiz haqqında deyilib :

NƏ YAXŞI DOĞULDU, NƏ YAXŞI VAR! TANRI QORUSUN! 

P.S. Biz Hurriyyet.org olaraq bu gün doğum gününü qeyd edən qazilərimizi, eləcə də, müharibə iştirakçılarımızı təbrik edirik. Allahdan sağlam ömür və xoş tale nəsib olmasını diləyirik!

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi