“700 kilometri vuran silahımız var” – Zelenski Ukrayna hərbi sənayesinin yeni uğurundan danışdı

“700 kilometri vuran silahımız var” – Zelenski Ukrayna hərbi sənayesinin yeni uğurundan danışdı 

Qərb koalisiyası Ukraynaya verdiyi silahlarla Rusiya ərazilərini vurmağı qadağan etdiyindən, rəsmi Kiyev öz hərbi sənayesini inkişaf etdirərək, uzaq mənzilli silahların istehsalını həyata keçirməyə başlayıb.

Ukrayna mətbuatı xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin hərbi sənayesinin yeni uğuru barədə məlumat verib: “Baş komandanın döyüş meydanındakı vəziyyətlə bağlı məruzəsini dinlədim. Bizim irəli hərəkətimiz dayanmayıb... Strateji Sənaye Nazirliyi öz istehsalımız olan, 700 kilometrdən artıq məsafəni vura bilən silahımızın uğurlu tətbiqi barədə məruzə etdi”.

Qeyd edək ki, bundan öncə Ukrayna Müdafiə Nazirliyindəki mənbələrə istinad edən “The War Zone” nəşri Ukraynanın hərbi dəniz qüvvələrinin istifadə etdiyi “Neptun” raketlərini “yer-yer” tipli raketə çevirməyə nail olduğunu yazmışdı. Müdafiə Nazirliyindəki mənbə qeyd edib ki, avqustun 23-də Krımda yerləşən Rusiyaya aid “S-400” kompleksi də məhz yenilənmiş “Neptun”la vurularaq, məhv edilib: “Nazirlikdəki mənbə qeyd etdi ki, “Neptun” vasitəsilə Moskvanı və Rusiyanın dərinliklərindəkli obyektləri vurmaq planları var”./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi