8-ci sinif “Qarabağ tarixi” kitabı pul ilə satılmalıdırmı?!

8-ci sinif “Qarabağ tarixi” kitabı pul ilə satılmalıdırmı?! 

Bu gün məktəb ləvazimatı mağazalarında 8-ci sinif “Qarabağ tarixi” kitabı 5.50 AZN-ə satılır. Kitabın alıcısı olan orta məktəb şagirdlərinə isə oxuduqları orta məktəblərdən məsləhət bilinir ki, bu kitablar alınsın. Daha doğrusu, dərs vəsaiti kimi tədris olunan “Qarabağ tarixi” kitabı zərurətdən aldırılır.

  Məlum olduğu kimi, ərazilərimizin 20%-i işğal altındadır, 1 milyona yaxın soydaşımız qaçqın, köçkün vəziyyətinə düşüb, sözdə atəşkəs rejimi olsa da, əslində müharibə vəziyyətindəyik. Eyni zamanda, informasiya müharibəsi, təbliğat savaşı gündən-günə qızışır. Elə buna görə də, bu gün yetişən yeni nəslin vətənpərvərlik ruhunda böyüməsi çox vacibdir. Belə bir şəraitdə Qarabağın tarixinə dair dərs vəsaitinin pulla satılması acı təəssüf doğurur. Axı,o kitabları almağa bir çoxlarının maddi imkanı yoxdur. Başqa bir dərsliyin pulla satılmasını bəlkə də anlayışla qarşılamaq olardı. Qarabağla bağlı kitabdan qazanc güdmək istəyini isə  ağıla gətirmək təəssüf doğurur.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi