8 saylı dairədə kameraların üzəri örtülüb? - MSK-dan cavab

8 saylı dairədə kameraların üzəri örtülüb? - MSK-dan cavab 

Mərkəzi Seçki Komissiyası 8 saylı dairədə bəzi məntəqələrdə kameraların üzərinin örtülməsi ilə bağlı yayılan fotolara münasibət bildirib.

Komissiyanın mətbuat katibi Şahin Əsədli Qafqazinfo.az-a  bildirib ki, həmin şəkildəki məsələnin MSK-nın quraşdırdığı veb-kameralara heç bir aidiyyatı yoxdur:

“Fotoda görünən təhlükəsizlik kameralarıdır. Əvvəllər də təhlükəsizlik kameraları ilə bağlı məsələlərdə narazılıqlar olmuşdu. Buna görə də, bütün seçkilərdə təhlükəsizlik kameralarının ağzı bağlanır ki, insanlar tərəfindən narazılıq olmasın. MSK-nın bütün veb-kameraları hazırda aktivdir".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi