AAK-ın sədr əvəzi məhkəməyə verilib -

AAK-ın sədr əvəzi məhkəməyə verilib - Rektorun elmi dərəcələri necə almasına aydınlıq gətirilməsi istənilir

«Təzadlar» qəzetinin rəhbərliyi Ali Attestasiya Komissiyanın sədr əvəzi cənab Vəli Hüseynovu məhkəməyə verib.Buna səbəb AAK-ın sədr əvəzinin qəzetin sorğusuna cavab verməməsidir.Qarşı tərəfin “KİV haqqında» Qanunun 8-ci maddəsinin tələblərini kobud surətdə pozması əsas götürülüb və artıq qəzetin iddia ərizəsi 1 saylı İnzibati-İqtisad Məhkəməsində hakim Şərafət Məmmədovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası 26 fevral saat 11:00 təyin edilib. Prosesə bir sıra media ekspertləri, KİV rəhbərləri və vəkillər dəvət edilib.

Faktinfo.az məlumat üçün xatırladır ki,bir müddət əvvəl müxtəlif KİV-lərdə,o cümlədən "Təzadlar" qəzeti və eyni adlı saytda Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun elmlər doktoru və professor diplomlarına dair şübhələrlə bağlı yazılar yayımlanmışdı. Qəzet iddia edirdi ki,Ə.Muradov doktorluq dissertasiyasını  1998-ci ildə Ukraynada müdafiə etməsinə rəğmən 16 ildən sonra, yəni 26.12.2014-cü ildə AAK tərəfindən iqtilsad elmləri doktoru  elmi dərəcəsinə  layiq görülüb.

Eyni zamanda  21.11.2014-cü ildə professor adına   layiq görülsə də, bundan əvvəl 10 ilə yaxın müddətdə yarım ştat professor məvacibi alıb. 

Məhdud bir vaxtda,özü də ardıcıllığın pozulması ilə Ə. Muradovun iki ada sahiblənməsinin necə mümkün olmasına dair qəzetin Ali Attestasiya Komissiyasına ünvanladığı sorğu indiyə qədər cavabsız qaldığından AAK-ın sədr əvəzi Vəli Hüseynov məhkəməyə verilib.

Faktinfo.az




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi