AB sanksiya tətbiq etdi: Şoyqu, Zaxarova, Simonyan...

AB sanksiya tətbiq etdi: Şoyqu, Zaxarova, Simonyan... 

Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar siyahısına separatçı qurumların tanınmasının təşəbbüskarları olan 351 deputat, eləcə də 24 fiziki və 3 hüquqi şəxs (“Rusiya”, VEB və “Promsvyazbank” bankları) daxil edilib.

Bu barədə “Azadlıq” radiosu Avropa Komissiyasındakı mənbələrinə istinadla məlumat yayıb.

Sanksiya tətbiq edilənlər arasında müdafiə naziri Sergey Şoyqu, Rusiya Prezident Administrasiyasının rəhbəri Anton Vayno, çoxlu sayda hərbçi, Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy, Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova, RT telekanalının rəhbəri Marqarita Simonyan, teleaparıcı Vladimir Solovyov da var.

Sanksiyalar həmin şəxslərin aktivlərinin dondurulmasını, onların AB üzvü olan ölkələrə girişinə qadağa qoyulmasını nəzərdə tutur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər