Abituriyentlər hansı qeyri-dövlət universitetlərini seçirlər? – STATİSTİKA

Abituriyentlər hansı qeyri-dövlət universitetlərini seçirlər? – STATİSTİKA 

Məlum olduğu kimi, ali məktəblərə qəbul imtahanları cari ildən etibarən iki mərhələdə keçirilir.

Faktinfo.az xəbər verir ki, ilk qəbul imtahanı II-III ixtisas qrupları üzrə mayın 13-də, I-IV ixtisas qrupları üzrə isə mayın 20-də keçirilib. İkinci imtahan isə I-IV ixtisas qrupları üzrə iyulun 18-də, II-III ixtisas qrupları üzrə isə iyulun 26-da keçiriləcək.

Hazırkı mərhələdə abituriyentləri düşündürən həm də universitet seçimidir. “Seçdiyim ixtisası hansı universitetdə oxumalıyam”, “dövlət yoxsa qeyri-dövlət universitetini seçməliyəm”, “Xüsusilə son illərdə şəffaf və keyfiyyətli təhsil istiqamətində ciddi addımlar atan qeyri-dövlət universitetlərindən hansını seçməliyəm?”sualları abituriyentlərin cavab axtardığı suallardır.

Belə halda, maraqlı olacağını nəzərə alıb ötənilki qəbul imtahanlarından sonra abituriyentlərin daha çox hansı qeyri-dövlət universitetlərini seçdiyi ilə bağlı statistikanı diqqətinizə təqdim edirik:

Azərbaycan Kooperasiya Universiteti -Ümumi plan yeri -1115 ,Ödənişli təhsil üzrə qəbul olanların sayı- 672 ,Qəbul olma faizi -60,27

Bakı İslam Universiteti- Ümumi plan yeri -150, Ödənişli təhsil üzrə qəbul olanların sayı -110 ,Qəbul olma faizi -73,33

Azərbaycan Universiteti - Ümumi plan yeri - 525 ,Ödənişli təhsil üzrə qəbul olanların sayı ,Qəbul olma faizi -216 41,14

Qərb Universiteti- Ümumi plan yeri-910, Ödənişli təhsil üzrə qəbul olanların sayı -574, Qəbul olma faizi -64,21

Xəzər Universiteti -Ümumi plan yer-760, Ödənişli təhsil üzrə qəbul olanların sayı -233, Qəbul olma faizi -39,03

Bakı Avrasiya Universiteti -Ümumi plan yer-480 ,Ödənişli təhsil üzrə qəbul olanların sayı -451, Qəbul olma faizi -93,96

Bakı Qızlar Universiteti -Ümumi plan yer-390 ,Ödənişli təhsil üzrə qəbul olanların sayı -311, Qəbul olma faizi -79,95

Odlar Yurdu Universiteti -Ümumi plan yer-780 ,Ödənişli təhsil üzrə qəbul olanların sayı -305 ,Qəbul olma faizi -39,25

Bakı Biznes Universiteti-Ümumi plan yer- 560 ,Ödənişli təhsil üzrə qəbul olanların sayı -241,Qəbul olma faizi - 43,04

Naxçıvan Universiteti

(Naxçıvan şəhəri)-Ümumi plan yer- 345, Ödənişli təhsil üzrə qəbul olanların sayı -228,Qəbul olma faizi - 66,47

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası -Ümumi plan yer-230, Ödənişli təhsil üzrə qəbul olanların sayı -94, Qəbul olma faizi - 40,87

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi