ABŞ 3-cü dəfə vətəndaşlarını Uhandan təxliyə etdi

ABŞ 3-cü dəfə vətəndaşlarını Uhandan təxliyə etdi 

ABŞ koronavirus epidemiyasının yayıldığı Çinin Uhan şəhərindən vətəndaşlarını növbəti dəfə təxliyə edib.

 “Haber7”xəbər verir ki, amerikalıları adıçəkilən şəhərdən gətirmək üçün iki təyyarə göndərilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus təxliyə ilə bağlı yazılı açıqlama yayıb.

O deyib ki, Uhandan vətəndaşları təxliyə edən iki təyyarə ABŞ-a eniş edib: “Təyyarədəki sərnişinlər hava limanında tibbi müayinədən keçiblər. Bundan əvvəl 800 amerikalı Uhandan çıxarılmışdı. Təxliyə edilən vətəndaşlar ölkənin müxtəlif yerlərində quraşdırılan karantin mərkəzlərinə yerləşdirilib”.

Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib ki, ABŞ hökuməti eyni zamanda vətəndaşlarını koronavirusdan qorumaq üçün lazımi tədbirlər görür. M.Ortaqus ABŞ vətəndaşlarına Çinə, xüsusilə də Uhan şəhərinə getməmələrini tövsiyə edib.

Xatırladaq ki, 2019-cu il dekabrın 12-də Çinin Uhan şəhərində kütləvi şəkildə yayılan epidemiya nəticəsində indiyə qədər ölkədə 812 nəfər ölüb, 37 198 nəfər isə virusa yoluxub. Onlardan 6 188 nəfərinin vəziyyəti ağırdır. Bundan başqa, 28 942 nəfərin koronavirusa yoluxmaqda şübhəli sayılır, daha 188 183 insan isə müşahidə altındadır. Eyni zamanda 2 656 yeni yoluxma faktı qeydə alınıb. Bu səbəbdən bir çox ölkə Çindən və epidemiyanın yayıldığı vilayətdən vətəndaşlarını təxliyə edib.

Ümumdünya Səhiyyə Təşkilatı epidemiyanın yayılması ilə əlaqədar beynəlxalq səviyyəli fövqəladə vəziyyət elan edib.Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi