ABŞ anons etdi:"Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası ləğv oluna bilər"

ABŞ anons etdi:"Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası ləğv oluna bilər" 

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası ləğv oluna bilər.

Faktinfo.az xəbər verir ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun iddiasına görə, bu barədə Kremlə bağlı mənbələr danışıblar.

Bildirilib ki, buna səbəb Ermənistanla ABŞ arasında artan əməkdaşlıqdır:

“Ermənistan Baş Qərargahının rəisi Edvard Asiran ilə ABŞ-ın Avropa Komandanlığının müavini general-leytenant Stiven Başam arasında noyabrın 3-də görüş keçirilib. Bu, Rusiyaya qarşı növbəti rüsvayçılıqdır. ABŞ-la Ermənistan arasında artan əməkdaşlıq Rusiyanın Gümrüdəki 102-ci Hərbi Bazasını saxlamaq imkanını təhlükə altına alır”.

Həmçinin məlumatda vurğulanıb ki, İrəvan son vaxtlar Moskvadan uzaqlaşır və ikitərəfli münasibətlər pisləşir.

Xatırladaq ki, Ermənistandakı 102-ci hərbi baza Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1994-cü ildə keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi