ABŞ aprelin 6-da Rusiyaya qarşı yeni genişmiqyaslı sanksiyaları elan edəcək

ABŞ aprelin 6-da Rusiyaya qarşı yeni genişmiqyaslı sanksiyaları elan edəcək 

ABŞ-ın Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirləri digər məsələlərlə yanaşı, Rusiyaya bütün investisiyaların yatırılmasını qadağan edilməsini də əhatə edəcək. Report.az-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi mənbəyə istinadən xəbər verir.

Qeyd olunub ki, ABŞ Rusiya maliyyə institutlarına qarşı sanksiyaları da sərtləşdirmək niyyətindədir. Yeni tədbirlər aprelin 6-da elan olunacaq.

Agentliyin məlumatına görə, sanksiyalar müəyyən sayda Rusiya dövlət məmurlarına və onların ailə üzvlərinə, həmçinin Rusiya Federasiyasının bəzi dövlət müəssisələrinə şamil olunacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər
⇪