ABŞ-da ölənlərin sayı surətlə artır

ABŞ-da ölənlərin sayı surətlə artır 

Koronavirus pandemiyasının dünya üzrə yayılması ilə bağlı son statistika açıqlanıb.

Ən son məlumata görə, koronavirusa 601.536 nəfər yoluxub. Onlardan 27.441 nəfər dünyasını dəyişib, 133.454 nəfər sağalıb.

Koronavirusa yoluxma halı yenə ən çox ABŞ-da müşahidə edilir. Bu ölkədə virusa yoluxanların sayı 104.256-ya çatıb. Yoluxanlardan 1.704 nəfər dünyasını dəyişib.

Hazırkı rəqəmlərə görə, son sutkada ən çox ölüm Almaniyadadır – 44 nəfər. Ümumilikdə Almaniyada 53.340 nəfər bu virusa yoluxub, 395 nəfər ölüb.

Digər ölkələrin məlumatları hələlik açıqlanmayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi