
ABŞ İran tankerini vurdu
ABŞ hərbi qüvvələri Oman körfəzində İranın “Hasna” tankerinə atəş açıb.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"Oman körfəzində fəaliyyət göstərən ABŞ qüvvələri 6 mayda İran limanına doğru hərəkət etməyə çalışan İran bayrağı altında üzən tankeri saxlamaq üçün məcburi tədbirlər görüb. “Hasna” gəmisinin heyəti çoxsaylı xəbərdarlıqlara əməl etmədikdən sonra ABŞ qüvvələri “Abraham Linkoln” təyyarədaşıyan gəmisindən buraxılan “F/A-18 Super Hornet” 20 mm-lik top atəşi ilə tankerin sükan mexanizmini sıradan çıxarıb. “Hasna” artıq İrana doğru hərəkət edə bilmir", - məlumatda qeyd olunub./axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın