ABŞ koronavirusa görə Avropadan səfərlərə qadağa qoydu- 30 günlük

ABŞ koronavirusa görə Avropadan səfərlərə qadağa qoydu- 30 günlük 

Cari ilin martın 13-dən etibarən Avropadan Amerikaya səfərlərə 30 gün müddətinə qadağa qoyulacaq.

Bunu Ağ Evdə çıxışı zamanı ABŞ prezidenti Donald Tramp bəyan edib.

Onun sözlərinə görə, müvafiq addım ABŞ-da koronavirusun yayılmasının qarşısını almaq üçün atılır.

“Yeni qaydalar cümə gününün (13 mart – Red) gecə yarısı qüvvəyə minəcək. Lakin bu, Böyük Britaniyaya şamil edilməyəcək. Bundan əlavə, istisnalar zəruri yoxlanışdan keçən amerikalılara da aiddir. Qadağa həmçinin iri həcimli mal və yük daşımalarına (ABŞ-a daxil olan) şamil edilməyəcək”.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub./Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi