ABŞ ordusu Suriyadan çıxmağa başladı –İki min hərbçi Amerikaya qaytarılır

ABŞ ordusu Suriyadan çıxmağa başladı –İki min hərbçi Amerikaya qaytarılır 

Birləşmiş Ştatların rəhbərlik etdiyi koalisiya Suriyadakı əsgərlərini çıxarmağa başlayıb. Bunu ordunun sözçüsü polkovnik Sean Ryan deyir.

Sözçü yanvarın 11-də yaydığı bəyanatında bildirir ki, Suriyadan məqsədli çıxma prosesi başlanıb. O, əlavə detal açıqlamayıb. O bildirib ki,  əməliyyat təhlükəsizliyi səbəbindən konkret vaxtı, məkanı və əsgərlərin hərəkətini müzakirə etməyəcəklər.

Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müşahidə Təşkilatının məlumatına görə, ABŞ koalisiyası Suriyanın şimal-şərqindəki Hasake vilayətində Rmeylan aerodromunda qüvvələrini azaltmağa başlayıb.

Qurum ABŞ əsgərlərinin hərbi bazadan yanvarın 10-da çıxmağa başladığını bildirib, bunu Amerika qüvvələrinin çıxarılması yönündə ilk addım adlandırıb.

Prezident Donald Tramp dekabrın 19-da elan edib ki, Suriyadakı 2 min ABŞ hərbçisini çıxarmaq istəyir.

Trump bu açıqlamanı türkiyəli həmkarı Rəcəp Tayyip Ərdoganla telefon danışığından sonra verib. Ancaq bu qərar ABŞ-ın müttəfiqləri, elə öz administrasiyası tərəfindən tənqid olunub.

(Azadlıq radiosu)

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi