ABŞ rəsmən elan etdi: Ukraynanı tək qoymayacağıq!

ABŞ rəsmən elan etdi: Ukraynanı tək qoymayacağıq! 

Pentaqon rəhbəri Lloyd Ostinlə Ukrayna müdafiə naziri Andrey Taran arasında telefon danışığı baş tutub.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“Lloyd Ostin Rusiyanın son hərəkətləri ilə bağlı narahatlıqlarını bildirib və Donbass və Krımda davam edən Rusiya təcavüzü qarşısında Ukraynanı dəstəkləməyə hazır olduqlarını deyib. Pentaqon rəhbəri qeyd edib ki, Rusiya təcavüzü artacağı təqdirdə ABŞ Ukraynanı tək qoymayacaq və Kremlin bu ölkəyə qarşı təcavüzkar istəklərinin reallaşmasına imkan verməyəcək”, - nazirlikdən bildirilib./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi