ABŞ Rusiya və Belarusa sanksiyanı genişləndirdi

ABŞ Rusiya və Belarusa sanksiyanı genişləndirdi 

ABŞ tezliklə Rusiya və Belarusdan daha 120 şirkəti sanksiya siyahısına əlavə edəcək.

Bu barədə Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild məlumat verib.

“Yaxın günlərdə Ticarət Nazirliyi sanksiyalar siyahısına Rusiya və Belarusdan daha 120 təşkilatı əlavə etməklə, Rusiyanın müdafiə, aerokosmik və dəniz sektorunun mövqelərini pisləşdirmək üçün növbəti addım atacaq. Biz onların Qərb texnologiyasını əldə etmələrinə və bizim sərt sanksiyalarımızdan yayınmasına icazə verməyəcəyik”, - o bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi