ABŞ Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə hazırlaşır- Açıqlama

ABŞ Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə hazırlaşır- Açıqlama 

ABŞ bu ilin noyabr ayından Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar tətbiq etməyə hazırlaşır.

 “İnterfax”xəbər verir ki, bu barədə ABŞ-ın Nümayəndələr Palatasında dinləmələr zamanı dövlət katibinin köməkçisi Manişa Sinqh bildirib.

Onun sözlərinə görə, buna səbəb Rusiyanın öz ərazisində kimyəvi və bioloji silah istehsalı ilə bağlı obyektlərdə təftişə yol verməməsidir.

M.Sinqh qeyd edib ki, daha əvvəl birinci mərhələ sanksiyalar nəticəsində Rusiya on milyardlarla dollar həcmində maliyyə itkiləri ilə üzləşib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi