ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi 

ABŞ antirusiya sanksiyalarını genişləndirib. Belə ki, neft məhsullarının daşınmasına görə dörd şirkət və bir tanker qara siyahıya salınıb.

Bu barədə ABŞ Maliyyə Nazirliyi bildirib.

Məlumata görə, Honkonqda qeydiyyatdan keçmiş "Bellatrix Energy Limited" və "Covart Energy Limited" şirkətləri, həmçinin BƏƏ-dən olan iki şirkət - "Sun Ship Management D" və "Voliton DMCC" sanksiyaya məruz qalıb.

Rusiya bayrağı altında üzən "Sanar 15" neft məhsulları tankerinə də məhdudiyyətlər qoyulub.

Qeyd edək ki, ABŞ son həftələrdə ixrac edilən Rusiya neftinin qiymət tavanını keçmək üçün istifadə edilən şirkətlərə və gəmilərə qarşı mübarizəsini gücləndirib./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi