ABŞ Türkiyənin Azərbaycana yardımına mane olmağa çalışıb

ABŞ Türkiyənin Azərbaycana yardımına mane olmağa çalışıb 

"ABŞ Türkiyədən Qarabağın azad edilməsi üçün Azərbaycana dəstəyi dayandırmasını tələb edib".

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömər Çelik mətbuat konfransında deyib.

O qeyd edib ki, Vaşinqtonun o vaxtki tələbi "F-16" qırıcılarının Türkiyəyə göndərilməsi üçün şərt kimi irəli sürülüb.

Çelik bəyan edib ki, Türkiyə Azərbaycan və Ermənistan arasında davam edən müzakirələrin sülh razılaşmasına gətirib çıxarmasını istəyir.

O qeyd edib ki, Ermənistan destruktiv addımlardan əl çəkərsə, “3+3” əməkdaşlıq formatı regionda sülhə böyük töhfə verəcək. (Mənbə: Habertürk)

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər