ABŞ Ukraynaya MQ-1C “Qrey İql” (Boz qartal) verir

ABŞ Ukraynaya MQ-1C “Qrey İql” (Boz qartal) verir 

Baydenin administrasiyası Ukraynaya “Hellfayr” raketlərini daşıya bilən dörd ədəd MQ-1C “Qrey İql” (Boz qartal) pilotsuz təyyarə verməyi planlaşdırır.

Bu barədə ABŞ rəsmilərinə istinadən “Röyters” məlumat yayıb.

“Ukrayna Rusiya ordusuna qarşı bir neçə növ PUA-dan (“AeroVironment RQ-20 Puma AE” və “Bayraqdar-TB2”) istifadə edib. Amma “Qrey İql” ən son texnoloji yeniliyi təmsil edir. O, tapşırıqdan asılı olaraq, 30 saat və daha çox havada qala, kəşfiyyat məqsədli məlumatlar toplaya bilir. “Qrey İql” Predator kimi tanınan dronun hərbi versiyasıdır, səkkiz güclü “Hellfire” raketini daşımağa qadirdir. Bu, əlverişlidir, çünki ilk dəfə Rusiyaya qarşı döyüş meydanına uzaq məsafədən çoxsaylı zərbələr endirməyə qadir təkmil, təkrar istifadə oluna bilən Amerika sistemi gətirilir”, - məlumatda deyilir.

Qeyd olunur ki, yaxın günlərdə Co Bayden administrasiyasının Ukraynaya “mümkün satış” barədə Konqresə məlumat, bundan sonra ictimaiyyətə açıqlama verəcəyi gözlənilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi