
ABŞ-yə girişdə yeni dövr - Vizası olanlar da əlavə pul ödəyəcək
ABŞ-yə səfər edən turistlər üçün yeni qaydalar tətbiq olumağa başlayıb.
ABŞ-də qəbu olunana yeni qanuna görə, vizası olan xarici vətəndaşlar ölkəyə daxil olmaq üçün ən azı 250 dollar əlavə “viza bütövlük haqqı” ödəməli olacaq.
Yeni tətbiq, turizm, ticarət, təhsil və digər müvəqqəti məqsədlərlə ABŞ-yə gələn bütün viza sahiblərini əhatə edəcək.
Ancaq Viza Mütəxəssislik Proqramı çərçivəsində ABŞ-yə 90 gündən az müddətə səfər edən bəzi ölkələrin vətəndaşları – məsələn, Avstraliya və bir sıra Avropa İttifaqı ölkələrindən gələnlər bu yeni ödənişdən azad olunacaq.
ABŞ Dövlət Departamenti yeni tətbiqin əsas məqsədinin viza rejimi pozuntularının qarşısını almaq və sərhəd təhlükəsizliyini maliyyələşdirmək olduğunu açıqlayıb./Azpolitika.info
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın