ADAU-da “Qarabağın təbiəti və ekologiyası” adlı kitabın təqdimatı keçirilib

ADAU-da “Qarabağın təbiəti və ekologiyası” adlı kitabın təqdimatı keçirilib - FOTOLAR

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Bəxtiyar Hüseynovun müəllifi olduğu “Qarabağın təbiəti və ekologiyası” adlı kitabın təqdimatı baş tutub.

Təqdimatda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, tədris işləri üzrə prorektor, dosent Anar Hətəmov, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Çıxış edən İbrahim Cəfərov kitabın həm elmi əsər həmdə dərs vəsaiti kimi qiymətli mənbə olduğunu diqqətə çatdırıb. Kitabda Qarabağın əsrarəngiz təbiəti və ekologiyası, işğaldan sonrakı bərpa dövründə aparılan quruculuq işləri də önə çəkilib. Rektor deyib ki,  kitabda müəllifin “Qarabağ Azərbaycandır” mövzusunda silsilə şeirləri və “Üzün gülsün, Qarabağ” adlı geniş həcmli lirik poeması da yer alıb.

Bəxtiyar Hüseynov 1960-cı il martın 25-də Lənkəran rayonunun Sinovli kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirdikdən sonra müxtəlif məsul vəzifələrdə çalışıb. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional ETSİ-nin əməkdaşıdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü və “Qızıl Qələm” Media Mükafatı laureatıdır. On bir kitabın müəllifidir.

Sonra çıxış edən Universitetin Ekologiya kafedrasının müdiri Musa Bayramov, assistent Mədinə Abışova və digər natiqlər kitab haqqında fikirlərini səsləndiriblər.

Faktinfo.az

ADAU-da “Qarabağın təbiəti və ekologiyası” adlı kitabın təqdimatı keçirilibADAU-da “Qarabağın təbiəti və ekologiyası” adlı kitabın təqdimatı keçirilibADAU-da “Qarabağın təbiəti və ekologiyası” adlı kitabın təqdimatı keçirilibADAU-da “Qarabağın təbiəti və ekologiyası” adlı kitabın təqdimatı keçirilibADAU-da “Qarabağın təbiəti və ekologiyası” adlı kitabın təqdimatı keçirilibADAU-da “Qarabağın təbiəti və ekologiyası” adlı kitabın təqdimatı keçirilibADAU-da “Qarabağın təbiəti və ekologiyası” adlı kitabın təqdimatı keçirilibADAU-da “Qarabağın təbiəti və ekologiyası” adlı kitabın təqdimatı keçirilibADAU-da “Qarabağın təbiəti və ekologiyası” adlı kitabın təqdimatı keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi