ADAU-da qərar qəbul olundu:

ADAU-da qərar qəbul olundu: Universitet əməkdaşlarının yüksək reytinqli jurnallarda nəşr xərclərinin ödənilməsi ...

08 yanvar 2020-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

Faktinfo.az -a verilən məlumata görə,İclasda digər məsələlərlə yanaşı “Tədqiqat universiteti” statusunun əldə olunması məsələsi müzakirə olunub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək “Tədqiqat universiteti” statusunun əldə olunması üçün mövcud olan imkanlar, meyarlar, beynəlxalq təcrübə və qarşıda duran vəzifələr barədə danışıb. Bildirilib ki, son illərdə universitetdə görülmüş işlər bu statusa nail olmaq imkanlarını xeyli genişləndirmişdir. Statusunun əldə olunması üçün ən mühüm meyarlardan biri beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (Web of Science, SCOPUS) nəşr olunan məqalələrin sayıdır.

 Bu sahədə universitetdə bir sıra işlərin görülməsinə, o cümlədən Web of Science platformasına qoşulmağa baxmayaraq universitet əməkdaşları tərəfindən bu jurnallarda nəşr olunan məqalələrin sayının artırılması aktual problemlərdən biri olaraq qalmaqdadır. Bu problem eyni zamanda Academic Ranking of World Universities (ARWU), QS Reytinqi (QS World University Rankings, QS), Tayms Reytinqlərində (Times Higher Education World University Rankings, THE) yer almasında əsas maneələrdən biridir.

Məsələ ilə bağlı Elmi Şura üzvlərindən professor Qənbər Abdullayev, professor Məhərrəm Hüseynov, professor Cəmaləddin Məmmədov, dosent Suliddin Abbasov çıxış ediblər. Bildirilib ki, bu istiqamətdə əsas problemlərdən biri müvafiq jurnallarda nəşr xərclərinin yüksək olması və əməkdaşların bir çoxunun bu xərcləri ödəməkdə çətinlik çəkməsidir.

Elmi Şura məsələ ilə bağlı təklifləri ümumiləşdirərək universitet əməkdaşlarının beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda nəşr xərclərinin 50 faizinin universitetin büdcədənkənar vəsaiti hesabına ödənilməsinə barədə qərar qəbul olunub.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi