ADAU "Dünyanın ən davamlı universitetləri" reytinqində yer alıb

ADAU "Dünyanın ən davamlı universitetləri" reytinqində yer alıb 

Dövlətimizin aqrar təhsilə qayğısı çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) aparılan işlər, onun infrastrukturunun tamamilə yenidən qurulması, rəqabətə davamlı mütəxəssis hazırlığı, beynəlxalq əlaqələrin genişlənməsi özünü digər göstəricilərlə yanaşı təhsil müəssisəsinin beynəlxalq reytinq cədvəllərində yer almasına səbəb olur.

Aparılmış işlərin uğurlu nəticələrindən biri kimi ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəlini hazırlayan təşkilatlardan biri-«UI Green Metric»in qiymətləndirilməsində universitetin adının yer almasını göstərmək olar. Dünya universitetlərinin təşkilat tərəfindən aparılmış sonuncu qiymətləndirmələrinin nəticələrinə əsasən ADAU "Dünyanın ən davamlı universitetləri" reytinqində yer alıb. Kliklə

Qeyd edək ki, reytinq cədvəlinə Vaqeninqen Universiteti, Oksford Univeristeti, Kaliforniya Universiteti başçılıq edir.«UI GreenMetric» beynəlxalq reytinqində yaşıl şəhərciklərin salınması, bərpa olunan enerji mənbələri, iqlim dəyişkliklərinə qarşı qabaqlayıcı tədbirlərin hazırlanması, tullantıların təkrar emalına dəstək kimi tədbirlərin təşkil olunma sayı əsas meyarlar kimi qəbul olunur.

Faktinfo.az

ADAU "Dünyanın ən davamlı universitetləri" reytinqində yer alıbADAU "Dünyanın ən davamlı universitetləri" reytinqində yer alıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi